AZ

12 mindən çox turist Bakı metrosundan narazıdır

Ötən ilin yanvar-noyabr ayları ərzində 12 min 558 nəfər əcnəbi Azərbaycanda metro xidmətini qənaətbəxş hesab etməyib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, metro ilə sərnişin daşıma xidmətini bəyənməyənlərin içərisində ən böyük yeri Rusiya tutub. Bu dövrdə Rusiyadan gələn 4 min 734 nəfər turist bu xidmətdən narazı qalıb.

Hindistandan gələn 1 490 nəfər, Türkiyədən isə 1 095 nəfər metro xidmətini qənaətbəxş hesab etməyib.

Qeyd edək ki, bəhs olunan dövrdə bütün xidmətləri qənaət-bəxş hesab edənlərin sayı 1 milyon 508 min 119 nəfər olub. Göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyənlərin sayı isə 200 min 803 nəfər olub.

Əvəz Həsənov

Seçilən
11
valyuta.az

1Mənbələr