Editor.az xəbər verir ki, bu fikri Donald Tramp “Newsmax”a müsahibəsində bildirib. “Mən bu hadisənin bir neçə fotosunu görmüşəm. İnanırsınızsa, bu, televiziyada gördüyünüzdən qat-qat pisdir. İnanıram ki, orada nüvə hücumundan daha çox dağıntı olacaq”, – siyasətçi deyib. Onun sözlərinə görə, dövlət orqanları su ehtiyatlarına qayğı göstərsəydilər, faciənin qarşısını almaq olardı: “Onlar bunun qarşısını almaq üçün heç nə etmədilər və bu məni həmişə narahat edirdi”.
Qeyd edək ki, yanvarın 7-də Los-Anceles qraflığında güclü meşə yanğınları başlayıb və ilk olaraq Sakit Okean Palisades sahil bölgəsi təsirlənib. Daha sonra daha bir neçə yanğın baş verib. Yanğının genişlənməsinə səbəb olan qasırğa küləkləri vəziyyəti daha da ağırlaşdırır. Yanğın hidrantlarında suyun olmaması da yanğının söndürülməsinə mane olur. Təxminən 180 min insan evlərini tərk etmək məcburiyyətində qalıb və minlərlə bina yanıb.
//Gülnarə Abasova, Editor.az