AZ

Salah Səudiyyə Ərəbistanında oynayacaq - klubun adını bilmir

"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə klubundan ayrılmaq qərarına gəlib.

İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanından olan mənbələr misirli futbolçunun azad agent kimi adıçəkilən ölkənin klublarından birinə keçmək barədə razılığa gəldiyini bildirir.

Məlumata görə, Salah gələn mövsüm onların çempionatında oynamaq üçün Səudiyyə Ərəbistanı nümayəndələri ilə müqavilə bağlayıb, lakin o, hələ klubun adını bilmir.

Belə ki, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) liqada dörd klub - "Əl-Hilal", "Əl-İttihad", "Əl-Nassr" və "Əl-Əhli"nin tam sahibidir. Salahla anlaşan qurum onun harada çıxış edəcəyi ilə bağlı qərar verəndəndən sonra onun klubu bəlli olacaq.

Bu mövsüm 32 yaşlı Salah bu mövsüm Premyer Liqada 19 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə edib.

İdman.biz

Seçilən
6
2
idman.biz

3Mənbələr