AZ

Qadınlar işləyir, kişilər qazanır

Yazını böyüt
Yazını kiçilt

Rusiyada qadınların iş yerində kişilərə nisbətən daha çalışqan, məhsuldar və sabit olduğu tez-tez vurğulanan bir fikirdir. Bununla belə, maaşa gəlincə, qadınlar hələ də çox geridədirlər.

Hafta.az-ın “Rosstat”a istinadən yazdığına görə, 2023-cü ildə kişilərin orta aylıq əməkhaqqı qadınlarınkından 26 min rubldan çox olub. Kişilərin orta aylıq qazancı 87700 rubl olaraq müəyyən edilərkən, qadınların orta əmək haqqı 61100 rubl olaraq qalıb. Xüsusən də informasiya texnologiyaları və rabitə sektorunda bu fərq təəccüblü ölçüyə çatıb: qadınlar orta hesabla 110 min rubl, kişilər isə eyni sektorda 169 min rubl maaş alırlar.

Mütəxəssislər bu maaş fərqini xüsusilə kişilərin cəmləşdiyi sektorlarda işçi qüvvəsi çatışmazlığı ilə izah edirlər.

Ekspertlər bildirir ki, kuryer, qaynaqçı, taksi sürücüsü kimi işlərə tələbat çoxalır və bu vəzifələrdə maaşlar da artır. Maaş artımları, xüsusən də bu sahələrdə qadınların maaşına nisbətdə 20-22 faiz fərqinə çıxır.

Digər mühüm fərq, qadınların ümumiyyətlə daha aşağı maaşlı vəzifələr tutmasıdır.

Seçilən
10
hafta.az

1Mənbələr