AZ

Kaliforniya ştatının idman klubları yanğın fəsadlarının aradan qaldırılmasına 8 milyon dollar ayıracaq

Bakı, 14 yanvar, AZƏRTAC

Kaliforniya ştatının idman klubları regionda meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına maliyyə yardımı ayıracaq.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles şəhərini təmsil edən klublar yardımda iştirak edən xidmətlərə və xeyriyyə təşkilatlarına 8 milyon dollar məbləğində vəsait köçürəcək.

Xeyriyyə kampaniyasında futbol, basketbol və beysbol idman növlərindən olan komandalar iştirak edəcək.

Qeyd edək ki, Cənubi Kaliforniyada 8 milyondan çox insan kritik yanğın təhlükəsi zonasındadır. Vəziyyətin yanvarın 15-dək davam edəcəyi bildirilir.

Seçilən
14
azertag.az

1Mənbələr