Son illərdə “iPhone” seriyasındakı “Pro” modellərinə maraq xeyli artıb. Analitik İvan Lamın fikrincə, “Pro” seriyasının satış payı xüsusilə Çin kimi böyük bazarlarda əhəmiyyətli dərəcədə artır.

İndex.az xəbər verir ki, “Apple”in həm xərcləri, həm də artan tələbatı ödəmək üçün “Pro” modellərinin qiymətlərini artıracağı bildirilir.

“iPhone 17” seriyasına qoşulacaq yeni model “iPhone 17 Air Plus” modellərini əvəz edəcək, lakin bu, “iPhone 17 Air”in mövcud “Plus” modelləri ilə eyni qiymətə sahib olacağı anlamına gəlmir.

“iPhone 17 Air” incə və qəşəng dizaynı ilə seçilsə də, eyni zamanda üst seqment modeli olacaq. “Apple” bu modeli daha əlçatan qiymətə deyil, “Pro” modelinə daha yaxın qiymətə satışa çıxarmağı planlaşdırır.

Bu ilin sentyabr ayında təqdim olunacaq “iPhone 17” seriyasının qiymətlərinin aşağıdakı kimi olacağı gözlənilir:

iPhone 17: 799 dollar və ya 849 dollar
iPhone 17 Air: 999 dollar
iPhone 17 Pro: 1099 dollar
iPhone 17 Pro Max: 1299 dollar