İşğaldan azad olunmuş ərazilərdə peşə təhsili məktəbləri tikilir. Son illərdə Bakıda, Gəncədə, Bərdədə, Qəbələdə, İsmayıllıda və Lənkəranda yeni peşə təhsil mərkəzləri inşa edilib.
"Operativ Media" xəbər verir ki, bu sözləri "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, hazırda Qubada, Qaxda, Tovuzda və bir çox digər rayonlarda peşə təhsil mərkəzlərinin tikinti işləri davam edir: "Qarabağda peşə təhsil sahəsinin bərpası ilə bağlı işlərə başlanılıb. Hazırda Füzulidə peşə təhsili mərkəzi tikilir. Bu il Şuşada peşə təhsil mərkəzinin yenidən qurulması üçün işlərə başlanılacaq. Qubadlıda isə peşə təhsil mərkəzlərinin layihələndirilməsi işləri ilin ortasında tamamlanacaq".