AZ

Tramp və Putin tezliklə görüşə bilər – Avropada narahatlıq artır – ÖZƏL

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, yanvarın 20-də vəzifəyə başladıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə "çox tez" görüşməyi planlaşdırdığını bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Tramp görüşün dəqiq vaxtını açıqlamayıb. Əgər bu görüş baş tutarsa, Ukraynada xüsusi əməliyyat başlayandan sonra ABŞ və Rusiya liderləri arasında ilk görüş olacaq.

"Bilirəm ki, o (Putin) görüşmək istəyir və mən də çox tez görüşməyi planlaşdırıram. Mən bunu daha əvvəl edərdim, amma... Bunun üçün əvvəlcə ofisdə olmalısınız. Bəzi işləri həqiqətən orada olarkən görmək mümkündür," - ABŞ-nin yeni prezidenti əlavə edib.

Avropa siyasətçiləri Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar masasında yer alacaqlarına əmin olmaq istəyirlər. Lakin Avropa İttifaqında Trampın Rusiya Prezidenti Vladimir Putinlə Avropasız danışıqlar aparacağı ehtimalı ilə bağlı narahatlıq artır.

Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsi sədrinin müavini Aleksey Çepa isə Ukrayna məsələsi üzrə real danışıqların nə vaxt başlaya biləcəyini izah edib. Deputatın sözlərinə görə, bu, yalnız ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyası öz strategiyasını hazırladıqdan sonra müzakirə oluna bilər. Bunun üçün bir neçə ay lazım olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
50
olaylar.az

10Mənbələr