Çin şirkəti "ByteDance Ltd" qısa video tətbiqi "TikTok"u İlon Maska sata bilər...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən yazıb.
ABŞ Ali Məhkəməsi ölkədə platformaya qoyulan qadağanı təsdiq etsə, bu ssenari mümkün olacaq.
Yanvarın 10-da keçirilən mübahisələr zamanı ABŞ hakimləri proqramın qadağan olunma ehtimalının yüksək olduğunu bildiriblər. TikTok qadağasının təşəbbüskarı ABŞ prezidenti Co Bayden olub. O, Çinin "ByteDance" şirkətindən 2024-cü ilin aprelində 19 yanvar 2025-ci ilə qədər ABŞ-da TikTok-u bağlamağı tələb edən qanunu imzalayıb.
Keçən ilin sonunda prezident seçkilərinin qalibi Donald Tramp platformanı "xilas etmək" istədiyini deyərək, TikTok qadağasının gecikdirilməsinə çağırıb. Bu fonda Pekin hökuməti İlon Maskın ABŞ üçün xüsusi olaraq yaradılmış TikTok ABŞ-a nəzarəti ələ keçirməsi və onu mövcud X tətbiqi (əvvəllər Twitter) ilə birləşdirməsi ssenarisini müzakirə edir.
Bloomberg qeyd edir ki, proqramın satışı ilə bağlı yekun qərar hələ verilməyib. Platformanın tərtibatçıları, İlon Mask və Çin səlahiyyətliləri agentliyə şərh verməkdən imtina etdilər. TikTok sözçüsü şərh tələbinə belə cavab verib: "Bizdən təmiz fantastika haqqında şərh verməyi gözləmək olmaz".
Poliqon.info