Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"dən bu qış ayrılacaq futbolçular bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Miroslav Kloze açıqlama verib.
"Bild" nəşrinə danışan mütəxəssis komandanı tərk edəcək iki futbolçunun adını çəkib. O, yarımmüdafiəçilər Taylan Duman və Benjamin Qollerin komandadan gedəcəyini bildirib. Baş məşqçi yarımmüdafiəçi Florian Pik və hücumçu Yanni Serranın da getmək ehtimalının olduğunu deyib.
Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq"lə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. O, bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. Mahir son 6 rəsmi matçda fərqlənə bilməyib.