AZ

Lavrovla Əraqçi arasında gərginlik: Hakan Fidan müdaxilə etdi

Dekabrın 7-də Qətərin paytaxtı Dohada keçirilən forum ilə bağlı diqqət çəkən hadisələr üzə çıxıb.

Publika.az xəbər verir ki, Türkiyə, Rusiya və İranın Suriyadakı son hadisələri dəyərləndirmək üçün bir araya gəldiyi görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında gərginlik yarandığı məlum olub.

Nazirlərin bir-birini vətənə xəyanətdə ittiham etdikləri görüşdə Lavrov Əraqçiyə “Bölgədə sizinlə İsrail arasında heç bir fərq yoxdur” deyib.

Baş verən gərginliyin Türkiyənin xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın tərəfindən sakitləşdirildiyi qeyd edilib.

Seçilən
17
1
publika.az

2Mənbələr