AZ

Azərbaycan-Ermənistan danışıqlarında güc tətbiqindən qaçınmaq vacibdir - Aİ

“Azərbaycanın və Ermənistanın sərt ritorikadan və güc təhdidlərindən qaçaraq bütün həll edilməmiş məsələlər üzrə xoş niyyətlə danışıqlar aparması vacibdir”.

Missiya.Az "Armenpress”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə baş nümayəndəsi Anita Hipper deyib.

O, qeyd edib ki, biz Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri alqışlayırıq.

 “Aİ tərəfləri daim sülh prosesinə zərər verə biləcək addımlardan çəkinməyə çağırır. Xüsusilə, biz sərt ritorikadan qaçmağa böyük əhəmiyyət veririk”, - deyə siyasətçi vurğulayıb.

Hipperin sözlərinə görə, Aİ hər iki tərəfə əlavə dəstək verməyə hazırdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr