AZ

Kamran Əliyev təyyarə qəzasından danışdı

"AZAL-a məxsus təyyarənin qəzaya uğraması Azərbaycan xalqı üçün böyük bir faciə idi”.

E-huquq.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində söyləyib. 

O bildirib ki, təyyarə qəzasında həlak olanların əziz xatirəsi daim qəlbimizdə yşayacaq: “Bu faciədən müvafiq nəticə çıxarılacaq”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Şəbnəm Mehdizadə
Seçilən
9
e-huquq.az

1Mənbələr