AZ

Matias Lövik 6 milyon avroya “Parma”da!

Norveçin “Molde” klubunun sol cinah müdafiəçisi Matias Lövik bundan sonra “Parma”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Parma” bu transfer üçün “Molde”yə 6 milyon avro ödəyib. 21 yaşlı norveçli futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Matias Lövik “Molde”nin öz yetirməsidir. O, 2022-ci ilin yanvarından Norveç klubunun əsas komandasında forma geyinirdi. Gənc müdafiəçi “Molde”nin əsas komandasının heyətində meydana çıxdığı 109 oyunda 7 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, “Molde” ilə bir dəfə (2022) Norveç çempionu, iki dəfə (2021, 2023) Norveç Kubokunun qalibi olub.

Lövik Norveçin U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarında forma geyinsə də, hələ əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
arena.az

1Mənbələr