"Neftçi"də növbəti ayrılıq yaşanıb.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" Kilan Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Klub fransız futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub. Paytaxt təmsilçisi daha əvvəl Mark Tamaşla vidalaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta