Almaniyanın “Rheinmetall” şirkəti adı açıqlanmayan beynəlxalq müştəri ilə 155 mm-lik M107 artilleriya mərmilərinin tədarükü üçün müqavilə imzalayıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, 21 milyon avro dəyərində olan sifariş 2025-ci ilin birinci yarısında müştəriyə təhvil verilməlidir.
Sözügedən mərmilər “Rheinmetall”ın İspaniyanda fəaliyyət göstərən “Rheinmetall Expal Munitions” törəmə şirkəti tərəfindən istehsal olunacaq.
Qeyd edək ki, dünyanın aparıcı iri çaplı sursat istehsalçılarından biri olan “Rheinmetall” 2022-ci ildən istehsal imkanlarını artırır. Şirkət 2027-ci ilə qədər hər il 1.1 milyon artilleriya mərmisi (155 mm-ə qədər) istehsal etməyi hədəfləyir.