AZ

Kadırov üçün "son zəng" çalınması gözlənilir

Çeçenistanın rəhbəri Ramzan Kadırovun ətrafındakı halqa daralmağa başlayır. Rusiyanın müdafiə naziri Belousov Kadırov haqqında mövqeyini ifadə edib. Nazir bildirib ki, Ramzan Kadırovun istefaya getmək vaxtı çatıb.

“Son vaxtlar Kadırov Moskvaya həddən çox problemlər yaşadır. Moskvanın mərkəzindəki “Wildberis” ticarət obyektində atışma, Qroznı üzərində AZAL təyyarəsinin vurulması, öz əsgərlərini müharibə zonasına verməməsi Moskvanın “başını ağrıdan” yetərli səbəblərdir. Bundan başqa o xəstəlikdən əziyyət çəkir və bu durumu ətrafından gizlətmək çətinləşir. Belə vəziyyətdə respublikanı idarə etmək həddən çox mürəkkəbləşir. Qoy onun vəzifəsini kimsə başqa adam tutsun”, deyə Belousov fikir səsləndirib.

Bundan başqa Kadırovun öz əsgərlərini yeni il münasibətilə təbrik etməsi də Belousovu qeyzləndirib. Kadırov bildirmişdi ki, özünün 10 min sadiq əsgərini təbrik edir. Belousovu isə qəzəbləndirən məsələ odur ki, Kadırov cəbhədə bu qədər əsgərinin olmadığını bilir. Çünki o əsgərlərin əksəriyyəti Kursk vilayətinə hücum zamanı canlarını qurtarmaq üçün qaçıblar.

Teleqram kanalları yazır ki, Azərbaycanla münasibəti korlamamaq üçün Rusiya hakimiyyəti Kadırovu vəzifəsindən uzaqlaşdırmaq, onu qurban vermək istəyirlər. Bu məqsədlə Kremldəki vəzifəli şəxslər Putinə müraciət edəcəklər. Kadırov isə hesab edir ki, aviaqəzanı onu çətin vəziyyətə salmaq üçün qəsdən törədiblər. O, 8 yanvarda atasının abidəsinin açılışında etdiyi çıxışda bildirib ki, respublikanın rəhbəri odur və hər kəsi tutduğu vəzifəyə o təyin edir, kim bu bununla razı deyilsə vəzifəsindən ayrıla bilər. Açılış Qroznıda baş tutub. Kadırov bildirib ki, “hamını vəzifəyə mən təyin etmişəm, hamının komandiri mənəm. Mən nə desəm onu edəcəksiniz. Kim bununla razı deyilsə, ərizəsini yazıb getsin”.  

Ülviyyə, Hurriyyet.az

Seçilən
10
1
hurriyyet.az

2Mənbələr