AZ

Azərbaycan klubu macarıstanlı voleybolçunu transfer edib

Bakı, 14 yanvar, AZƏRTAC

Qadın voleybolçulardan ibarət “Abşeron” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Bu barədə AZƏRTAC-a Bakı təmsilçisinin baş məşqçisi Famil Ağayev məlumat verib. Mütəxəssis bildirib ki, macarıstanlı Kinqa Syuç ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı Kinqa Syuç daha əvvəl Fransa, İtaliya və Polşa çempionatlarında çıxış edib.

Seçilən
1
azertag.az

1Mənbələr