AZ

Azərbaycanda alkoqolsuz içki istehsalı 10%-ə yaxın artıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 45,4 milyondekalitr (dkl) alkoqolsuz içki istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbərverir.

Məlumata görə, 2023-cü ilin eyni dövrünün göstəricisi iləmüqayisədə ölkədə alkoqolsuz içki istehsalı 3 milyon dkl və ya 9,7%artıb.

2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 41,4 milyon dekalitralkoqolsuz içki istehsal edilmişdi.

Ötən ilin dekabrın 1-nə hazır məhsul ehtiyatı isə 510,2 min dkltəşkil edib.

İllik müqayisədə hazır məhsul ehtiyatı 64,5 min dkl, yəni 14,5%artıb. 2023-cü ilin eyni dövründə hazır məhsul ehtiyatı 445,7 mindkl olub.

Seçilən
9
az.trend.az

1Mənbələr