AZ

Avropa ölkələri Ukraynaya dəstəyi davam etdirir – Silah tədarükləri genişləndirilir – ÖZƏL

Berlin, Varşava, Paris, Roma və London müdafiə nazirlərinin Polşada keçirilən görüşü zamanı Kiyevə hərbi texnika və zəruri materialların tədarükünün davam etdiriləcəyini açıqlayıblar. 

Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Nazirin sözlərinə görə, əsas diqqət dronlar və sursatların istehsalına yönəldiləcək. Həmçinin, hərbi ehtiyaclar üçün nəzərdə tutulmuş kompüter proqramlarına da xüsusi əhəmiyyət veriləcəyi qeyd olunub. "Beləliklə, hər iki tərəf bu əməkdaşlıqdan faydalanır," - deyə Pistorius bildirib.

N-tv-nin verdiyi məlumata əsasən, Almaniya, Polşa, Fransa, İtaliya və Böyük Britaniya Avropa ilə Ukrayna arasında daha sıx hərbi sənaye əməkdaşlığına ümid edir.

Bununla yanaşı, Böyük Britaniyanın rəsmiləri Ukraynaya Avropa müttəfiqləri tərəfindən tədarük olunan hərbi texnika və silahların münaqişənin gedişatına ciddi təsir etməyəcəyini etiraf ediblər.

ABŞ rəsmisinin Reuters agentliyinə verdiyi açıqlamaya görə, Vaşinqton tərəfindən vəd edilən silahların böyük hissəsi artıq Kiyevə çatdırılıb. Lakin bu tədarüklər Ukrayna ordusuna gözlənilən dəstəyi verməyib. Xüsusilə, Abrams tankları, F-16 qırıcıları və ATACMS raketlərinin effektivliyinin gözləntiləri doğrultmadığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr