AZ

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 41 nəfər saxlanıldı

Türkiyənin 5 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi və Terrorla Mübarizə Şöbəsi qrupları İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində silahlı terror təşkilatı FETÖ-nün fəaliyyətini ifşa etmək üçün əməliyyatları davam etdirib.

İstanbul, Sivas, Zonguldak, Kocaeli və Ankarada müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirən polis əməkdaşları 41 şübhəli şəxsi yaxalayıb.

Həmin şəxslərin ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar və sənədlər götürülüb.

Şübhəlilər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadəı
Seçilən
1
e-huquq.az

1Mənbələr