Olaylar.az xəbər verir ki, bu barədə South China Morning Post yazıb.
Banka-Belitung əyalətindən Çaka adlı beş yaşlı qız qalay filizi hasil edilən tərk edilmiş karxananın yerində əmələ gələn gölə üzməyə gedib. Onun göldə tək olub-olmadığı bilinmir, lakin bir anda timsahın hücumuna məruz qalıb və suyun altında sürüklənib. Bu məlum olan kimi yerli sakinlər və xilasedicilər ordu və polisin dəstəyi ilə axtarışlara başlayıb.
Yırtıcı qızı parça-parça etsə də, onu xilas etmək mümkün olmayıb. Cəsəd səhər tezdən göldə tapılıb.
Daha əvvəl məlumat verilmişdi ki , Malayziyada timsah suyun altında sürüklənərək çayın yaxınlığında balıq tutan işçini parçalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31