AZ

İnterneti, restoranı olmayan kənd Yeni ili 13 gün gec qarşıladı

Şotlandiyanın Şetland arxipelaqında yerləşən Foula adası yanvarın 13-də Yeni il gecəsini qeyd edib.

News24.az xəbər verir ki, bu kiçik ərazinin sakinləri yeni ili bütün ölkə və dünyadan təxminən iki həftə gec qarşılayıb.

35 sakini olan və Şetlandın qərb sahilindən 20 mil məsafədə yerləşən Şotlandiya adası olan Foulada nə restoran, nə ərzaq mağazası, nə də internetə çıxış var.

Cəmi 35 sakini olan Foula milli elektrik şəbəkəsinə qoşulmayıb və ən təcrid olunmuş adalardan biri hesab olunur. Yerli insanlar dolanışıqlarını dəniz və ya hava yolu ilə daşımaqdan asılıdır. Yerli qoyunları ilə məşhur olan Foulanın Yeni ili gec qarşılamasının səbəbi maraqlıdır.

Foula yeni ilə gec başlaması ilə yanaşı, qoyunları ilə də məşhur olan bir adadır, uzun müddətdir qoyun idxalına qadağa qoyulduğu üçün adadakı qoyunlar çarpazlaşmaya məruz qalmayıb və tamamilə unikal bir populyasiya formalaşdırıb. Bu qoyunlar yunlarında görünən rəng müxtəlifliyi ilə diqqət çəkir.

İngiltərə 1752-ci ildə Yulian təqvimindən Qriqorian təqviminə keçəndə Foula vərdiş etdiyi Yulian təqvimindən istifadə etməyə davam edib. Buna görə 1900-cü ildən Foula sakinləri yeni ili hamıdan 13 gün gec qarşılamağa başlayıblar.

Aynurə


Seçilən
15
news24.az

1Mənbələr