Çərşənbə axşamı gecə Tbilisidə qaz partlayışı baş verib.
Partlayış yaşayış binasının dördüncü mərtəbəsində olub və dalğası binanın fasadının bir hissəsini və divarını dağıdıb. Nəticədə 1 nəfər həyatla bir araya sığmayan bədən xəsarətləri alaraq dünyasını dəyişib. Daha dörd nəfər – üç böyük və bir uşaq yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
İlkin versiyaya görə, hadisə qaz sızması səbəbindən baş verib. Bina boşaldılıb və orada yaşayanlar müvəqqəti mənzillə təmin olunublar.
//Samir Qurbanov, Editor.az