AZ

Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, imzalanma Moskva vaxtı ilə saat 21:00-da baş tutacaq və Respublika Xarici İşlər Nazirliyinin rəsmi resurslarında yayımlanacaq.

Sənədin məzmunu ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Gülşən Şərif

Seçilən
0
50
bakivaxti.az

10Mənbələr