AZ

Hindistan yeni tank əleyhinə raket sistemini sınaqdan keçirib

Hindistan Ordusu üçün hazırlanmış yeni “Nag Mk 2” tank əleyhinə raket sisteminin atış sınaqları keçirilib.

Bu barədə “Poliqon” Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatına (DRDO) istinadən xəbər verib.

Sınaqlar zamanı “at-unut” prinsipi ilə işləyən “Nag Mk 2” raketi maksimum və minimum məsafədəki bütün hədəfləri dəqiqliklə məhv edib.

Qeyd edilib ki, qiymətləndirmə sınaqlarından uğurla keçən “Nag Mk 2” tank əleyhinə raket sistemi Hindistan Ordusunun inventarına daxil olmağa hazırdır.

Seçilən
3
poliqon.az

1Mənbələr