AZ

Generalın qətlinə görə iki nəfər də həbs edildi

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirilovun qətli ilə bağlı iki İnquşetiya vətəndaşı həbs edilib. 

“Cebheinfo.az”-ın məlumatına görə, adları açıqlanmayan şəxslər Sibirdə saxlanılıblar. Onlar polisə tabe olmadıqlarına və xırda xuliqanlığa görə hazırda həbsdədirlər. Yanvarın sonunda onların istintaq üçün Moskvaya göndərilməsi planlaşdırılır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, həbs edilənlər Kirilovun qətlindən əvvəl Moskva vilayətində cinayəti törətmiş Özbəkistan vətəndaşı Əhməd Qurbanov üçün mənzil kirayələyiblər. Kirilovun qətlindən sonra onlar Sibirə gediblər. 

Qeyd edək ki, Kirilov və köməkçisi 2024-cü il dekabrın 17-də evinin girişində park edilmiş skuterə quraşdırılmış bombanın partlaması nəticəsində öldürülüblər. Bir gün sonra şübhəli şəxs qismində həbs edilən Qurbanov bombanı Ukrayna təhlükəsizlik qüvvələrinin göstərişi ilə yerləşdirdiyini bildirib. FTX-nin məlumatına görə, 29 yaşlı ukraynalı kəşfiyyatçıya 100 min ABŞ dolları mükafat və Avropa İttifaqı ölkələrindən birində yaşamaq imkanı vəd edilib. Onu ömürlük həbs cəzası gözləyir. 

Seçilən
4
cebheinfo.az

1Mənbələr