AZ

Bu ölkədə məktəbdə telefondan istifadə QADAĞA OLUNDU

Braziliya prezidenti Lula da Silva ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib.

Medianews.az “SonDakika.com”a istinadən xəbər verir ki, mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.

Qanunun qüvvəyə minməsi ilə həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq. Lula da Silva qanunun  zəruri olduğunu və oxşar təcrübələrin dünyanın digər ölkələrində də tətbiq edildiyini bildirib.

Seçilən
8
medianews.az

1Mənbələr