AZ

Kaliforniyada yanğınlar baş verən ərazilərdə oğurluq halları artıb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinda baş verən yanğınlardan sonra oğurluq və dələduzluq halları artıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles dairəsinin şerifi Robert Luna deyib ki, xüsusən də yardım ianələri ilə bağlı çoxlu dələduzluq halları baş verib. O, yanğınlar zamanı özünü yanğınsöndürən kimi təqdim edərək daxil olduğu evdə soyğunçuluq edən 1 nəfər də daxil olmaqda ümumilikdə 29 nəfərin tutulduğunu söyləyib.

Los-Anceles səlahiyyətliləri meşə yanğını qurbanlarını aldadaraq və ya qarət edərək mənfəət əldə etməyə çalışan hər kəsin cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə
Seçilən
9
e-huquq.az

1Mənbələr