Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron danışıqlar aparıb və onlar Ukraynaya hərbi kontingentlərin yerləşdirilməsi imkanlarını müzakirə ediblər.
“Biz Fransanın Ukraynada hərbi kontingent yerləşdirmək təşəbbüsünü müzakirə etdik”, – RİA Novosti Zelenskidən sitat gətirir.
O əlavə edib ki, danışıqlar zamanı bu ideyanın həyata keçirilməsi üçün əməli addımlara xüsusi diqqət yetirilib.
Əvvəllər Qərb sülh müqaviləsi imzalanacağı təqdirdə Ukrayna ərazisinə hərbi personal göndərmək barədə düşünürdü.
DOĞRU.AZ