Müğənni Səidə Sultan “ilin mahnısı” mükafatına etiraz edib.
Söz.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında yazıb.
“Dünən möhtəşəm xalq konsertində oldum. “106,3 FM” “ilin mahnısı” mükafatını verdi. Sizcə nə qədər doğrudur ki, il ərzində 1,8 milyonbaxış yığan mahnı “ilin mahnısı” adına layiq olsun. Əslinə qalsa, “ilin mahnısı” adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin. Elə biri “S.O.S”. Tutaq ki, Aygünə mükafatı vermək istəmədiz, o zaman Röyanın “Zülmətəm”i necə oldu?! Bunu da görməzdən gəldiniz. Roza Zərgərlinin “İstədim”, mənim “Əydi qəddimi”, Günay İbrahimlinin “Mən beləyəm” mahnılarını da görmədiz?! Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiz?! Əgər mahnını il ərzində dinlənmə sayına görə seçirsizsə, “Çini çaydan” mahnısı seçdiyiniz mahnıdan daha çox layiq idi”, - deyə İfaçı bildirib.