AZ

FTX müdafiə müəssisəsinin işçilərinin zəhərlənməsinin qarşısını alıb

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Yaroslavl vilayətində yerləşən müdafiə müəssisəsinin işçilərini zəhərləmək cəhdi ilə bağlı terror aktının qarşısını alıb. Şübhəli şəxsə Ukrayna ərazisindən nəzarət olunurdu.

Herbiand.az bildirir ki, TASS agentliyi bu barədə xüsusi xidmət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

“FTX Yaroslavl vilayətində müdafiə sənayesi müəssisələrindən birində işçiləri zəhərləmək üçün zəhərli kimyəvi maddələrdən istifadə etməklə Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb”, - FTX mətbuat xidmətindən bildirilib.

FTX-dən daha sonra qeyd edilib ki, Rusiya vətəndaşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən təchiz edilmiş anbardan tənəffüs yollarında yanıqlara səbəb olan, sonradan ölümlə nəticələnə biləcək iki konteyner təhlükəli kimyəvi maddə götürdüyünə görə saxlanılıb: "Terrorçunun fəaliyyəti Ukrayna ərazisindən xarici internet messencerləri vasitəsilə əlaqələndirilib ki, bu, ondan götürülən rabitə vasitələrindəki məlumatlarla da təsdiqlənir".

Bəxtiyar CƏFƏRLİ

Seçilən
4
herbiand.az

1Mənbələr