Bakı. Trend:
Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı“Deutschlandfunk”-da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqınavə dövlətinə qarşı böhtan dolu veriliş yayınlanmışdır.
Trendxəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanatyayıb.
"Materialın əsas süjeti bədnam azərbaycanfob Tessa Hofmanlamüsahibə əsasında qurulmuşdur. Verilişdə guya 1990-cı ildəAzərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddiaedilmiş və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyikonsepsiyasına uyğun təqdim edilmişdir.
Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıqazərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycanərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədəbir kəlmə də olsun söz açılmır. Eyni şəkildə, 1987-91-ci illərdəErmənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruzqalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsininüzərində sükutla keçilir. Kanalın irqi ayrı-seçkiliyə əsaslanan,nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaqəvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanınbirinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdəetdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasətiolduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışınıpisləməlidir.
Qərbi Azərbaycan İcması olaraq, biz “Deutschlandfunk” ictimairadio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınayır vəradio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçügötürməyə çağırırıq", - deyə bəyanatda qeyd edilib.