Bakı. Trend:
Ötən il dərmandan zəhərlənmə ilə Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinə 507 nəfər qəbul edilib.
Bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi RuzbehMəmməd Trend-in sorğusuna cavab olaraq bildirib
“Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (3nəfər qadın cinsli, 4 nəfər kişi cinsli) dünyasını dəyişib”, - deyəo əlavə edib.
Bəs dərman zəhərlənmələri hansı hallarda başverir?
Mövzu ilə bağlı Trend-ə danışan Toksikoloq AynurMəmmədova bildirib ki, dərman zəhərlənmələri olan xəstələriki kateqoriyaya ayrılır:
“Bunlar uşaqlar və böyüklərdir. Uşaqlarda dərman zəhərlənməsitəsadüfi yollarla olur. Uşaqlar bunu şüurlu şəkildə, bilərək etmir.Çünki böyük adamlar uşaqları nəzarətsiz qoyur və ya uşalarınyanında dərman içirlər. Uşaqlar da bu dərmanın zəhərliolub-olmadığını anlamırlar. Düşünürlər ki, anam, nənəm bunu içirsə,mən də içə bilərəm. Eyni zamanda, dərmanlar onların əli çatanyerlərdə olur. Uşaqların dərmandan zəhərlənməsi çox vaxt bu cür başverir”.
Həkim qeyd edib ki, hazırda yeniyetmələr arasında dərmanzəhərlənməsi üstünlük təşkil edir.
“Bunlar 13, 14, 15 yaşlı uşaqlardır ki, məktəbdə təzyiqə məruzqalır və ya dərslərdən pis qiymət alırlar, valideyn onların üstünəgedir ki, bu qədər əziyyət çəkirəm, sən yaxşı qiymət almırsan. Buzaman yeniyetmələr dərmanla intihara cəhd edirlər. Təəssüf ki, buda 13, 14, 15 yaşlı yeniyetmələr arasında dərman zəhərlənməsininartmasına səbəb olur.
Bir də böyük adamların dərmandan zəhərlənməsi var. Evlərdə olanmünaqişələr və ya şəxsin borclarının olması onu intihar məqsədilədərmanlardan istifadəyə sürükləyir. Dərman vasitələri çox nadirhallarda içiləndən sonra anafilaktik şok yarada bilir. Bütündərmanlar miqdarından çox içiləndə zəhərlənmə verir. Həkim 2 tabletyazır, pasiyent 15-20 tablet içir. Bu zaman dərman zəhərlənmələriolur”, - deyə o əlavə edib.
Toksikoloq vurğulayıb ki, ən ağır hallar, ölümə səbəb olanhallar şəkər, ürək və təzyiq dərmanları ilə baş verənzəhərlənmələrdir.
“Qarşısını almaq məqsədilə uşaqların yanında dərman içməmək,dərmanları onların əli çatmayan yerlərdə saxlamaq lazımdır. Böyükinsanlar isə bunu intihar məqsədilə etdikləri üçün deyə bilərəm ki,intihar heç bir problemi həll etmir. Daha çox problem artırır.
İlk tibbi yardım üçün dərman içmiş şəxsə bol maye qəbul etdiribqusdurmaq lazımdır. Əgər qusma baş vermirsə, zəhərlənən insanınçəkisini nəzərə alaraq hər 10 kiloqrama 1 tablet olmaqla kömürüəzib yarım stəkan su ilə içirtmək lazımdır. Bu, bir qədərneytrallaşmaya kömək edir. Bununla yanaşı, dərhal yaxınlıqdakıxəstəxanaya çatdırmaq vacibdir. Evdə əlavə heç bir müdaxilə etməkolmaz”, - deyə həkim xəbərdarlıq edib.
Qeyd edək ki, təkcə ötən ay Kliniki Tibbi Mərkəzin Toksikologiyaşöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib. Şöbəyə qəbuledilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan,22 nəfər botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin 18 nəfər dəmqazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfərfosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isəanafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinəbaxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi cinsli, 2nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu,botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydəalınıb.