AZ

Braziliyalı futbolçu Rusiyaya qayıtmadı - Bu kluba keçmək istəyir

"Dinamo Moskva"nın yarımmüdafiəçisi Bitello qış fasiləsində istirahətdən sonra Rusiyaya qayıtmayıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sport24" yayıb. 

Mənbənin məlumatına görə, futbolçu "Botafoqo" ilə danışıqlara görə Braziliyada qalıb.

“Dinamo” artıq Braziliya klubundan iki təklifi rədd edib. "Botafoqo" son olaraq ruslara 13 milyon avro təklif edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi öz ölkəsində oynamaq istəyir.

Bitello 2023-cü ildə 10 milyon avroya "Qremio"dan "Dinamo"ya keçib. O, "göy-ağlar"ın heyətində 51 oyun keçirib, 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr