AZ

İran, Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində üçtərəfli görüşün keçirilməsi müzakirə olunub

Bakı. Trend:

Ötən gün İranın yol və şəhərsalma naziri Fərzanə SadiqləRusiyanın nəqliyyat naziri Roman Starovoytun başçılığı iləvideo-formatda görüş keçirilib.

Trend-inməlumatına görə, görüşün hansı ölkədə və hansı səviyyədəkeçirilməsi ilə əlaqədar məlumat verilməyib.

Görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsindəRəşt-Astara dəmiryolunun tikintisi üzrə texniki-icra işlərinindetalları, 2025-ci ildə müştərək əməkdaşlıq üzrə yol xəritəsinintənzimlənməsi, Xəzər dənizinin şərq hissəsindən maksimum şəkildəfaydalanmağa dair əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildiribki, İranın Əmirabad və Kaspian limanları dəmiryol şəbəkəsinəbirləşdirilib. Bu baxımdan, Xəzər dənizinin potensialından maksimumşəkildə faydalanmaq olar.

Sadiq qeyd edib ki, İran Şimal-Cənub Beynəlxalq Nəqliyyatdəhlizi çərçivəsində dəniz və dəmiryolu marşrutlarının inkişafetdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin, İran prezidenti Məsud Pezeşkianın Rusiyayasəfərindən öncə əldə olunan razılaşmalar və anlaşmalar nəzərdənkeçirilib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvardaRusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasındahərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanacağıgözlənilir.

Seçilən
6
az.trend.az

1Mənbələr