AZ

Analitik janr adına biabırçılıq resursu- Osmanqızı TV!

Həyatda və peşə fəaliyyətimdə heç arzulamadığım məsələlərdən biri bir savadına, peşəkarlığına və həyasına şübhə etdiyim bir qadınla mübahisə etmək, polemika aparmaqdır.

Diqqətinizi çəkmək istəyirəm: burada cinsiyyətçilik etmirəm, sadəcə, əks tərəfin, qənaətimə görə, savadsız, diletant və həya problemi olmasına diqqət çəkirəm.

O zaman sual meydana çıxır: bəs, niyə söhbət qadından gedir?

Bu, cinsiyyət ayrımçılığı demək deyilmi?

Bəli, elədir! Çünki kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq cəmiyyətimiz bu ayırımı mütləq aparır və irad tutur: “Əşi, ona niyə baş qoşursan?”

Cavabım sadədir: ictimai-siyasi meydandakı heç bir kişi və qadın cinsiyyətinin arxasında gizlənə bilməz.

Yəni, bu ayırımı mən aparmıram və bu göstəricidən rəyimə qarşı əks-arqumet kimi istifadə edənlərlə də razılaşmıram.

Gəlirəm subyektə: Sevinc bu ölkədə çoxdan, lap çoxdan məşhurdur.

Yaxından tanıyanların dediyinə görə, media cameəmizdə ikiüzlülükdə, riyakarlıqda, fəndgirlikdə, tamahkarlıqda, uzun sözü qısası, şeytana papış tikməkdə ondan fərasətli cəmi bircə nəfər tapıla bilər, o da rəsmi sənədlərinə görə kişi cinsindən və Pensilvaniyada Fətullah Gülənlə şəkil çəkdirənlərdəndir.

Eee, kimdir bu Sevinc?

İzlədiyim qədər, savadsız, qanmadığı işlərdən, mövzulardan danışan, şəxsi həyatı da daxil olmaqla heç bir sahədə uğur qazanmayan, heç nəyi satmaqdan çəkinməyən biridir.

Deyilənə görə, AzTV-də, ANS-də, BBC-də işlədiyi dövrlərdə də belə olub.

Sevincin AzTV-də, ANS-də, BBC-də işlədiyi dövrün sevincli və kədərli günləri haqqında onunla eyni zaman kəsiyində işləyənlər danışsa, daha yaxşıdır, qulaq müsafiri olaraq eşitdiklərimi yazacaq deyiləm.

Amma onun ABŞ-ın Azərbaycandakı səfirliyində işlədiyi günləri yaxşı xatırlayıram.
Ölkənin milli düşüncəli insanları ilə ABŞ səfirliyinin ünsiyyətini kəsmək, ancaq və ancaq “sub” və subyektiv meyarlarla ictimai-siyasi proseslərin iştirakçılarının sözügedən diplomatik korpusla əlaqələndirmək onun fəaliyyətində əsas qayə idi.

Üzərindən müəyyən müddət keçdikdən sonra ictimai sektorda nüfuzu olan, cəmiyyətimizin də çox yaxından tanıdığı bir soydaşımızdan eşitmişdim ki, Sevinc Mirzəyeva qrant satır!

Bəli, bəli, məhz QRANT SATIR!

Seçilən
16
aznews.az

1Mənbələr