ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.
News24.az xəbər verir ki, o, bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.
"Bilirəm ki, o, görüşmək istəyir və mən çox tez görüşəcəyəm. Kaş ki, bu, daha tez baş versin. Amma bilirsiniz, mən ilk növbədə vəzifəyə başlamalıyam", - Tramp deyib.
Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals “ABC News”a bildirib ki, Rusiya lideri ilə ABŞ-ın yeni seçilmiş prezidenti arasında telefon danışıqları yaxın gələcəkdə baş tuta bilər. Tramp bundan əvvəl prezidentliyinin ilk altı ayında Putinlə görüşmək istədiyini və bu cür təmaslara hazır olduğunu bildirmişdi. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin yeni amerikalı həmkarı ilə heç bir şərt olmadan görüşməyə hazırdır. Onun sözlərinə görə, baxmayaraq ki, hələlik “konkretlik yoxdur”.
Aynurə