AZ

AÇ-2025: Azərbaycan - Kosovo matçının təyinatları açıqlandı

19 yaşadək futzalçılar arasında Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsinin Azərbaycan – Kosovo matçına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşmanı Çexiya, Macarıstan və Belçikadan olan hakimlər idarə edəcəklər. Oyunda Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan) və Jiri Berqs (Belçika) iş başında olacaqlar. Hakim-inspektor vəzifəsini almaniyalı Stefan Veber yerinə yetirəcək. Görüşün “timekeeper”i Laurentiu İlie (San Marino) olacaq.

Qeyd edək ki, bu qarşılaşma yanvarın 25-də Serravalledəki “Multievent Sport Domus”da baş tutacaq. Oyuna saat 21:00-da start veriləcək.

Millimizin yer aldığı B qrupundakı digər komanda San Marino yığmasıdır.

AÇ-2025-in ilkin mərhələsi
B qrupu
25 yanvar

Azərbaycan – Kosovo
Hakimlər: Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan), Jiri Berqs (Belçika).
Hakim-inspektor: Stefan Veber (Almaniya).
Timekeeper: Laurentiu İlie (San Marino).
Serravalle. Multievent Sport Domus. Saat 21:00.

Seçilən
1
17
arena.az

10Mənbələr