AZ

ABŞ və İsrailin İranla bağlı hədəfi budur: “Artıq qaçacaq yeri qalmayıb”

“HƏMAS və Hizbullahın İsrail tərəfindən ağır məğlubiyyətə uğradılmasından sonra əl-qolu sındırılan İran artıq Suriyada da Bəşər Əsəd rejiminin məğlubiyyətə düçar olması ilə öz başının çarəsinə baxmağa məcbur qalıb. İran hər an ABŞ və İsraildən hücum gözləyir. Trampın və Netanyahunun çıxışlarından da görünür ki, İran üçün bu təhlükə realdır. Ona görədir ki, o, güc göstərişi edir. Dağların altındakı hərbi bazalarını nümayiş etdirir, 150 minlik deyilən ordu ilə hərbi təlimlər keçirir. Əslində bu İranın nə qədər qorxduğunun nümayişidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, İran rejimi Trampın gəlişi ilə sonunun yaxınlaşdığını hiss edir:

“Ona görə də çıxılmaz durumdadır. İran rejimi Suriyada ABŞ-la iş birliyi etməklə PKK-PYD kartı üzərindən Amerikaya yaxınlaşmaq istəyir. Türkiyəyə qarşı cəbhə almaqla ABŞ-ın yanında özünü göstərməklə başına gələcəklərdən qorunmaq istəyir. Əslində bu hərəkət İran rejiminin nə qədər ikiüzlü və hiyləgər olduğunu göstərir. Amma görünən odur ki, ABŞ və İsrail İranın nüvə proqramının tamamilə məhv edilməsini qarşılarına məqsəd qoyublar. İran üçün artıq qaçacaq yer qalmayıb. Hesab edirəm ki, Tramp bu dəfəki hakimiyyəti dövründə İran məsələsini həll edəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr