Bakı. Trend:
Məlum olduğu kimi, son günlərdə Levon Ter-Petrosyanın 1993-cüildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılaraqarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlətsiyasəti olduğunu təsdiq edən çıxışının videoyazısı mətbuatdayayılmışdır.
Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı vəazərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsininaparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatıErmənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimifəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübutedən fövqəladə əhəmiyyətə malik bir dəlildir.
Trend xəbərverir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yeralıb.
Açıqlamada, həmçinin bildirilib: "Bu bəyanat etnik təmizləmə vəişğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını,Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin vəsülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterinivə konkret planın mövcudluğunu sübut edir.
Bu məsələ ilə əlaqədar olaraq, Qərbi Azərbaycan İcması BMT-ninBaş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə AliKomissarı Folker Türkə məktublar ünvanlamışdır. MəktublardaErmənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyiirqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalqictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırışedilir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanınirqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nailolmaq üçün səylərini davam etdirəcək".