Ermənistan Konstitusiyasının yeni mətninə ehtiyac var.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib.
2026-cı il parlament seçkilərinə qədər Ermənistan Konstitusiyasının yeni mətninə ehtiyac var –
“Biz işimizi bu istiqamətdə aparmalıyıq” dedi
Məlum olduğu kimi, Bakı sülh müqaviləsinin imzalanmasının şərtlərindən biri kimi İrəvandan Konstitusiyanın dəyişdirilməsini tələb edir.
Xuraman Etibarlı
İnterpress.az