ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə tez bir zamanda görüşmək istədiyini bildirib.Siyasətçi ilə müsahibəni yanvarın 13-də “Newsmax” telekanalı dərc edib.“Mən bilirəm ki, Putin görüşmək istəyir və mən onunla tezliklə görüşəcəyəm. Mən bunu daha tez edəcəyəm" deyə Tramp bildirib.O, qeyd edib ki, əvvəllər təmaslar baş tutmayıb, çünki bu cür danışıqlar rəsmi fəaliyyətə başlamış prezident statusunda aparılmalıdır.Qeyd edək ki, yanvarın 13-də Kremlin sözçüsü Dmitri Peskov bir çox ölkələrin Putinlə Trampın görüşünün keçiriləcəyi məkana çevrilməyə hazır olduğunu bildirmişdi. Lakin danışıqlar üçün əsaslı hazırlıq yoxdur, ona görə də yer seçimi haqqında danışmaq hələ tezdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta