Ajans.az xəbər verir ki, daha əvvəl kimisə öldürmək üçün planlar qurduğunu və qurban axtardığını bildirən şübhəli “qəpiyin digər tərəfi gəlsəydi, yəqin ki, hələ də sağ olardı” deyib.
“Daily Mail”in verdiyi məlumata görə, şübhəli şəxs əvvəlcə gənc qadını boğaraq öldürdüyünü, daha sonra isə bədəninə təcavüz etdiyini etiraf edib. Hepa bildirib ki, qətldən sonra meyiti polietilen torbaya büküb və yandırmağı planlaşdırıb. Məhkəmədə Viktoriyanın ailəsi və dostları müttəhimin soyuqqanlı etiraflarını böyük şok içində dinləyiblər.
Keçən həftə Gliwice şəhərində məhkəməyə gələn şübhəli, kimisə öldürməyi düşündüyünü və qurban axtararaq şəhərdə dolaşdığını söyləyib. Şübhəli şəxs “Qətl törətsəm, özümü daha yaxşı hiss edəcəyimi düşünürdüm” deyib. Ömürlük həbs tələbi ilə mühakimə olunan şübhəlinin məhkəməsi fevralın 12-nə qədər təxirə salınıb.