AZ

Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı çağırışlar artır – Erməni nazir bunun zəruriliyindən danışdı

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın hazırlanmasının zəruriliyini bəyan edib. 

Missiya.Az Ermənistan mediasına istinadən xəbər verir ki, ədliyyə naziri yeni mətnin hazırlanmasının vacibliyindən danışıb: 

“Bizim vəzifəmiz seçkilərə qədər yeni Konstitusiyanın mətninin olmasıdır, bizim işimiz bu istiqamətdə aparılmalıdır”, - nazir yanvarın 14-də keçirdiyi mətbuat konfransında belə deyib. 

Xatırladaq ki, ekspertlərin fikrincə, səbəblərdən biri Bakının Konstitusiyadakı Müstəqillik Bəyannaməsindən Dağlıq Qarabağın xatırlanmasından və erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasından bəhsin çıxarılmasını tələb etməsidir. Qalyan xatırladıb ki, hazırkı Konstitusiya sosial əhəmiyyətli suallara cavab vermir və heç də xarici siyasətlə bağlı deyil. 

ElcanMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr