Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanla Baş nazirin xanımı Anna Akopyan arasında münasibətlər son zamanlar Ermənitanda geniş müzakirə olunur.
“Bizim aramızda sırf işgüzar münasibət var”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə yanvarın 14-də keçirilən mətbuat konfransında nazir Srbuhi Qalyan özü bildirib.
Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla münasibəti ilə bağlı sualı cavablandıran Qalyan əmin edib ki, münasibətlər işgüzar xarakterlidir.
Nazir bildirib ki, Anna Akopyan bu yaxınlarda Abovyan cəzaçəkmə müəssisəsində olarkən onu müşayiət edib.
"Sırf işgüzar münasibətdir",- deyə Qalyan təkrar edib.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, onlar rəfiqədirlər və Qalyanı nazir postuna məhz Anna Akopyan təyin etdirib.