Tbilisinin Ortaçala rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Yaralananlardan biri uşaqdır.
Keçmiş mehmanxananın dördüncü mərtəbəsində gecə baş verən partlayış nəticəsində korpusun divarının bir hissəsi uçub. Orada Abxaziyadan olan məcburi köçkünlər yaşayır.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.