AZ

Almaniyanın müdafiə naziri Pistorius Kiyevə gəlib

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna rəhbərliyi ilə Rusiyanın təcavüzünü dəf etmək üçün gələcək hərbi yardım haqqında danışıqlar aparmaq üçün yanvarın 14-də səhər saatlarında Kiyevə gəlib.

Herbiand.az xəbər verir ki, nazir Kiyevda DPA agentliyinə bildirb ki, bu səfərlə Ukraynanı fəal şəkildə dəstəkləməyə davam etdiyimizi göstərmək mənim üçün vacibdir.

“Bu, Almaniyanın Avropanın ən böyük NATO ölkəsi kimi Ukraynanın tərəfində olduğuna işarədir. Almaniya bu məsələdə tək deyil".

Ötən axşam Pistorius Varşavada Polşa, Fransa, İtaliya və Böyük Britaniyadan olan həmkarları ilə Kiyevə gələcək yardımla bağlı danışıqlar aparıb. Almaniya dörd əsas Avropa tərəfdaşı ilə birlikdə Ukraynanın müdafiə sənayesini gücləndirmək üçün səylərini artırmaq niyyətindədir.

Pistorius Varşavada görüş zamanı deyib: “Əgər pul varsa, silah istehsal etmək gücü varsa, o zaman Ukraynanın özü öz qoşunlarını hamıdan tez material və silahla təmin edə biləcək”. Avropa müdafiə nazirlərinin P5 formatında məsləhətləşmələri Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Avropanın təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək məqsədi ilə təşkil edilib.

Seçilən
20
herbiand.az

1Mənbələr