Donald Tramp, Kaliforniyanın Los-Anceles bölgəsindəki meşə yanğınlarının nəticələrini nüvə zərbəsindən gələcək dağıntılara bənzədib. O, Newsmax telekanalına verdiyi müsahibəsində, hadisələrin təsvir etdiyi fotolari gördükdən sonra, dağıntıların televizorda görülənlərdən çox daha pis olduğunu vurğulayıb. Trampın fikrincə, yanğınlar nüvə zərbəsi ilə yaranacaq zərərlərdən daha böyük dağıntılara səbəb olub.Tramp, bu faciənin qarşısını almağın mümkün olduğunu qeyd edib, əgər ştatın rəhbərliyi su mənbələri üzərində daha çox diqqət ayırsaydı, nəticələrin daha az dağıdıcı ola biləcəyini bildirib. O, dövlətin bu məsələyə laqeyd yanaşmasının hər zaman onu narahat etdiyini vurğulayıb.Səidə Mustafa
Diqqət Çəkənlər
Peskov: Putin və Trump arasında görüşə dair "konkret hazırlıq" işləri aparılmır
Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib
Hamburgerlər və kolbasa ilə hazırlanan sendviçlər bağırsaq xərçəngi riskini artırır