Şimaldakı bütün silahlı qruplar, o cümlədən Təhrir əl-Şam (HTŞ) və Suriya Milli Ordusu (SMO) nizami orduya qoşulmağa razılaşıb.
Publika.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyi silahlı qruplaşmalara məzhəb, dini və ya regional xüsusiyyətlər verəcək hər hansı təklifi rədd edib.
Suriyanın yeni administrasiyasının lideri Əhməd əş-Şara silahlı qruplara dövlət idarəçiliyində yer olmayacağını və bütün silahlı birləşmələrin nizami orduya qoşulması lazım olduğunu bildirib.
Dövlətin institusional strukturunun prezidentlikdən parlamentə çevriləcəyini deyən Şara, yeni administrasiyanın bu prosesi müasir dövlət quruluşu üçün beynəlxalq standartlara əsaslanacağını qeyd edib.
Lider yeni dövrdə qisas hissinə yer olmadığını, inqilabi zehniyyətin rejimi devirməyə uyğun ola biləcəyini, ancaq dövlət quruculuğu üçün zərərli olduğunu da diqqətə çatdırıb.